Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauret bəyan edib.
“Suriyada baş verən münaqişələrinin qarşısının alınması üçün Birləşmiş Ştatlar və Rusiya arasında mövcud olan hərbi kanal hələ də fəaliyyətini davam etdirir”, - deyə Nauret bildirib.
O həmçinin qeyd edib ki, ABŞ problemlərin daha effektiv həlli üçün Rusiya ilə əməkdaşlıq etməyə hazırdır.
Ağalar Qəribov
Ordu.az