KXDR rəhbərliyi hərbi poliqonu istirahət zonasına çevirir

2018/01/51651464654_1517234442.jpg
Oxunub: 3609     21:58     29 Yanvar 2018    
Bu gün məlum olub ki, Şimali Koreyanın şərqində yerləşən hərbi poliqonun ərazisində böyük kurort yaradılması planlaşdırılır.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumatda Vonsan-Kalma sahilboyu ərazisində yerləşən hərbi poliqonun KXDR vətəndaşlarının istirahəti üçün nəzərdə tutulan istirahət zonasına çevriləcəyi qeyd olunur.

KXDR rəhbərliyi hesab edir ki, Kalma yarımadası və onun ərazisi əhali üçün kurortun yaradılması baxımından çox uyğun zonadır.

Maraqlıdır ki, 2016-cı ildə bu ərazidə aviafestival baş tutub, daha öncə isə buradan raket və qırıcılar buraxılırdı.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Poliqon   Kalma  


Bizi "telegram"da izləyin