Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu bardə Türkiyə Silahlı Qüvvələri (TSQ) məlumat yayıb.
TSQ-nin açıqlamasına görə, dünən İŞİD və PYD/YPG terrorçu qruplaşmalarının 73 üzvü məhv edilib. Bununla da əməliyyatlar çərçivəsində bu vaxta qədər öldürülən terrorçu sayı 597-yə çatıb.
Həmçinin geridə qalan gecə ərzındə YPG qüvvələrinin 44 obyektiv məhv edilib. Bu obyektlər içərisində terrorçuların sığınacağı, silah və sursat anbarlar da var.
Ağalar Ağalarlı
Ordu.az