Gün ərzində Afrini 700-dən çox insan tərk edib

2018/01/orig-15169074552f7a946573e28c9681dd5dd43debdca6_1516956020.jpeg
Oxunub: 2121     16:39     26 Yanvar 2018    
Suriyanın şimalında yerləşən və hazırda döyüş faəliyyətinin getdiyi Afrin ərazisini geridə qalan bir gün ərzində 700-dən çox insan tərk edib.

Ordu.az “Voyenno promışlennıy kuryer” nəşrinə istiandən xəbər verir ki, bu barədə Suriyada fəaliyyət göstərən Münaqişə Edən Tərəflərin Barışığı Mərkəzi məlumat yayıb.

Məlumata görə, yerli əhali gün ərzində Afrini tərk edir və ötən gün ərzində 700-dən çox insanın şəhərdən çıxdığı iddia olunur.

Suriyanın İdlib, Hələb, Latakiya, Deraa və Dəməşq ətrafı ərazilərində isə Suriya ordusu İŞİD və “Ən-Nüsra” ilə mübarizəni davam etdirir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrin   YPG   Terror  


Bizi "telegram"da izləyin