Yaponiya MN: “Yeni raket sistemləri yalnız müdafiə xarakterlidir”

2018/01/104680785-Raytheon_Company_medium_range_ballistic_missile34534_1516107881.jpg
Oxunub: 3679     20:54     16 Yanvar 2018    
Yaponiya Müdafiə naziri İtsunori Onodera bildirib ki, hökumətin təqdim etməyi planlaşdırdığı yeni quruda yerləşdirilən raketdən müdafiə sistemləri tamamilə müdafiə xarakterlidir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müdafiə büdcəsini artırmaqda davam edən Yaponiyanın “Lockheed Martin” korporasiyası tərəfindən təkmilləşdirilən “Aegis Ashore” sistemlərini qəbul etməsi region dövlətləri tərəfindən birmənalı qarşılanmayıb.

Xüsusilə Rusiya tərəfindən sərt reaksiyanın verilməsinə toxunan Onodera silahın sadəcə milli təhlükəsizliyin təmin edilməsi üçün müdafiə məqsədi daşıdığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya-Rusiya   Aegis-Ashore   Lockheed-Martin  


Bizi "telegram"da izləyin