Ordu.az “Washington post”a istinadən xəbər verir ki, Ərdoğan Suriyanın Türkiyə ilə sərhəd zonasında yaratmaq istədiyi qüvvələri terror ordusu adlandırıb.
O, Suriyadakı terrorçulara qarşı hücum əməliyyatının başladılacağını istisna etməyib. NATO-ya da müraciət edən Türkiyə prezidenti üzvünün sərhədlərini pozanlara qarşı mövqedə durmalı olduğunu bildirib.
O, NATO-nun qərargahına səfər edən Türkiyə Baş Qərargah rəisinin məsələni Brüsseldə müzakirəyə qoyacağını əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az