WSJ: ABŞ yeni tip nüvə döyüş sursatlarının yaradılmasını təsdiq edəcək

2018/01/4631190345345_1516093789.jpg
Oxunub: 2556     17:21     16 Yanvar 2018    
Yeni iki növ dəniz bazalı nüvə döyüş sursatlarının yaradılması barədə ABŞ-ın yeni nüvə doktrinasında bəhs edilən məsələ böyük ehtimalla təsdiq ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrində nəşr edilən məqalədə bildirilir.

“Bu ay rəsmi təqdimatı gözlənilən sənədin rəsmi versiyası ABŞ prezidenti tərəfindən təsdiq edilməlidir. Lakin, prosesdən xəbərdar olan şəxslərin məlumatına görə, yeni növ nüvə silahlarının yaradılması barədə planlar Pentaqon tərəfindən də dəstəklənir və onlar böyük ehtimalla təsdiq ediləcək”, - deyə məlumatda qeyd olunur.

Həmçinin Pentaqonun ABŞ-ın öz nüvə güclərini yeniləməyə ehtiyac duyması barədə fikirlərinin də bu planın təsdiq edilməsi üçün əsas olduğu göstərilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Nüvə  


Bizi "telegram"da izləyin