Braziliyanın ilk sualtı gəmisində son hazırlıq işləri görülür - FOTOLAR

2018/01/435345_1516084448.jpg
Oxunub: 1730     14:31     16 Yanvar 2018    
14 yanvar 2018-ci ildə Braziliyanın Rio-de-Janeyro ştatında Sepetiba körfəzində yerləşən “Itaguai Construçoes Navais” sualtı gəmiqayırma tərsanəsində Braziliyanın ilk sualtı gəmisinin üç əsas hissəsinin birləşdirilməsi baş tutub.

Ordu.az BMPD portalına istinadən xəbər verir ki, SBR-1 (S-40 Riachuelo) adlanan gəmi böyük atomsuz sualtı gəmi kimi nəzərdə tutulub.

Gəmi birləşdirildikdən sonra tərsanədən 5 kilometr məsafədə yerləşən yeni hərbi dəniz bazasına göndərilib. Burada onun üzərində son tamamlama işləri görüləcək.

Gəminin daşınması 11 saata başa gəlib. Bunun üçün 320 təkərli özüyeriyən platformadan istifadə olunub və sualtı gəmi məhz bu daşınma üçün hazırlanan 700 metrlik tunellə aparılıb.

Qeyd edək ki, 3 böyük hissə birləşdirildikdən sonra gəminin uzunluğu 39,86 metr, çəkisi isə 690 ton təşkil edib.

Bundan sonra Braziliyada daha üç sualtı gəminin hazırlanması nəzərdə tutulur.

SBR-2 (S 41 Humaitá) - 2020-ci ildə hazırlanmağa başlanacaq və 2021-ci ilin dekabrında təhvil veriləcək;

SBR-3 (S 42 Tonelero) - 2021-ci ilin dekabrında işlər başlanacaq və 2022-ci ildə təhvil veriləcək;

SBR-4 (S 43 Angostura) – 2022-ci ilin dekabrında üzərində işlərə başlanacaq və 2023-cü ilin dekabrında təhvil veriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Sualtı-gəmi  


Bizi "telegram"da izləyin