Küveyt şirkəti Pentaqonla 1.4 milyard dollarlıq müqavilə imzalayıb

2018/01/234234_1514615851234_1516038042.jpg
Oxunub: 3437     02:36     16 Yanvar 2018    
“The Kuwait and Gulf Link” transport şirkəti (KGL) Pentaqonla 1.38 milyard dollarlıq tədarük müqaviləsi imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilənin bağlanmasını KGL özü elan edib.

Məlumatda bildirilib ki, KGL-in nəzdində olan “KGL Catering Company” 24 ay ərzində ABŞ-ın Küveyt, İraq və İordaniyadakı qoşunlarına qida və logistika xidməti göstərəcək. Sonrakı müddətdə müqavilənin 60 aya qədər uzadılması istisna edilmir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt-ABŞ   KGL  


Bizi "telegram"da izləyin