SIPRI: Dünyanın ən böyük 10 hərbi-sənaye şirkətlərindən 7-si ABŞ-dandır

2017/12/cutie657567_1513087251.jpg
Oxunub: 434     22:23     12 Dekabr 2017    
Qlobal silah satışı ötən il 374.8 milyard dollar təşkil edib.

Ordu.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) yeni hesabatında bildirilib.

Hesabata görə bu rəqəm 2015-ci ildəkindən 1.9% yüksək olmaqla yanaşı, son beş ildə müşahidə olunan ilk artımdır.

ABŞ şirkətləri 2016-cı il qlobal silah bazarında ümumilikdə 217.2 milyard dollarlıq paya sahib olmaqla ən böyük mənfəət əldə edən şirkətlər olub.

2016-cı ildə “Lockheed Martin” 41 milyard dollarlıq hərbi sursat satmaqla silah satışındakı lider mövqeyini saxlayıb. Bu satışda əsas hissəsi F-35 döyüş təyyarələrinə aiddir. “Boeing”in hərbi satışı 29.5 milyard dollar olub. Bu satışın böyük qismi Birləşmiş Krallığa satılan P-8A “Poseidon” dənizaltıları və AH-64E Apaçi helikopterlərinin hesabına mümkün olub. 22.9 milyard dollarlıq satışla üçüncü olan “Raytheon” isə dünyanın ən böyük bələdçi raket istehsalçısıdır.

Sıralamada ilk ABŞ istehsalçı olmayan, 22.8 milyard dollar satış edən Birləşmiş Krallıqdan BAE Sistemləri yer alıb. Şirkət Kral donanması üçün təyyarə daşıyıcıları, dənizaltıları və “Eurofighter Typhon” döyüş təyyarələri istehsal etməsi ilə tanınır.

2016-cı ildə ən böyük silah istehsal edən şirkətin yeddisi ABŞ kampaniyasıdır.

Siyahıda BAE Sistemlərindən başqa, Airbus (12.5 milyard dollar) və İtaliya Aerokosmik və təhlükəsizlik şirkəti olan Leonardo da (8.5 milyard dollar) yer alıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SIPRI   BAE   Lockheed-Martin  


Bizi "telegram"da izləyin