Pakistan-Əfqanıstan sərhəddində terror hücumu- 2 əsgər öldürüldü

2017/12/kupwara-75911456345345345_1513073409.jpg
Oxunub: 476     18:21     12 Dekabr 2017    
Terrorçular Pakistanın Əfqanıstan sərhədinə yaxın dağlıq şimal-qərb ərazilərində ordunun nəqliyyat vasitələrinə atəş açaraq iki əsgəri öldürüb.

Ordu.az “foxnews” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələri bəyanat yayıb.

Bəyanatda bildirilib ki, nəqliyyat vasitəsi şimali Vəziristanda hücuma məruz qalıb. Hələlik heç kim hücuma görə məsuliyyəti öz üzərinə götürməsə də, İŞİD-in uzun müddət ərazidə əməliyyatlar keçirməsi məlumdur.

Ordu artıq terrorçulara qarşı geniş miqyaslı əməliyyatlara başlasa da, terrorçular Əfqanıstan-Pakistan sərhədini keçərək digər tərəfdə sığınmağı bacarıblar.

Pakistan ordusu terrorçuların fəaliyyətinə nəzarət etmək məqsədilə uzaq və çətin keçilən dağlıq ərazilərdə sərhədə hasarlar çəkir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Əfqanıstan   İŞİD  


Bizi "telegram"da izləyin