Tramp: “ABŞ-ın 2017-ci ildə Suriyaya endirdiyi zərbələr qanuni tədbirdir”

2017/12/rtx1grb9675765_1513070715.jpg
Oxunub: 494     17:23     12 Dekabr 2017    
“ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın 2017-ci il ərzində Suriya hökumət qüvvələrinə endirdiyi zərbələr qanuni tədbirdir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar parlamentinə göndərdiyi məktubda bəyan edib.

“Suriyada İŞİD-ə qarşı kompaniyada iştirak edən ABŞ Silahlı Qüvvələri cari il ərzində Suriya hökumət qüvvələrinin mövqelərinə dəfələrlə zərbə endirib. Bu zərbələr ABŞ və onun müttəfiqlərinə qarşı aşkar təhlükə mənbəyi olan qüvvələrə münasibətdə tətbiq edilən qanuni tədbirlərdir”, - deyə Tramp bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   ABŞ  


Bizi "telegram"da izləyin