Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə bu gün Seulda baş tutan Yaponiyanın iqtidar koalisiyasına daxil olan “Komeyto” partiyasının sədri Natsuo Yamaquti ilə görüşü çərçivəsində bəyan edib.
“Mümkün qədər tez Yaponiyaya səfər etmək istərdim”, - deyə o bildirib.
Yamaquti Mun Çje Ina Yaponiya baş naziri Sindzo Abenin salamını çatdırıb.
Görüş çərçivəsində tərəflər KXDR-in raket və nüvə proqramının inkişaf etdirilməsi fonunda Koreya yarımadasında vəziyyəti, həmçinin Yaponiya, Çin və Cənubi Koreyanın iştirakı ilə üçtərəfli sammitin təşkili məsələsini müzakirə ediblər.
Qeyd edək ki, daha öncə Yaponiya xarici işlər naziri Tara Kono danışıqların Tokioda bu ilin dekabr ayından növbəti ilin yanvarınadək keçirilə biləcəyini bəyan edib.
Ağalar Qəribov
Ordu.az