Tramp Argentinaya axtarışlarda kömək etməklə bağlı qərar verib

2017/11/2017-11-21T185127Z_1895051522_RC1906730C70_RTRMADP_3_USA-THANKSGIVING-TRUMP456456_1511423822.jpg
Oxunub: 384     15:54     23 Noyabr 2017    
Atlantik okeanında itkin düşən dizel-elektrik sualtı gəmisi “San-Xuan”ın axtarışlarına ABŞ da kömək edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Mən artıq çoxdan Argentinaya onların itkin düşmüş gəmisi ilə bağlı axtarış-xilasetmə missiyasında yardım barədə qərar vermişəm. Göyərtədə 45 nəfər var və o qədər də çox zaman qalmayıb. Allah onların və Argentina xalqının köməyi olsun!”, - deyə Tramp öz “Twitter” hesabında yazıb.



Qeyd edək ki, daha öncə Rusiya prezidenti Vladimir Putin argentinalı həmkarı Maurisyo Makri ilə telefon vasitəsilə danışaraq ona itkin düşən sualtı gəminin axtarışlarında kömək təklif edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Argentina   Sualtı-gəmi  


Bizi "telegram"da izləyin