Pxenyan: ABŞ-ın fəaliyyəti provokasiyadır

2017/11/A627D7A0-F50D-45B5-8A1B-CC51C8687CC7_w1023_r1_s45645_1511420824.jpg
Oxunub: 606     15:07     23 Noyabr 2017    
“ABŞ prezidenti Donald Trampın KXDR-i təkrarən terrorizmin sponsor ölkələri siyahısına daxil etmək barədə qərarı provokasiyadır”.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya hökumətinin yaydığı açıqlamada qeyd olunub.

Şimali Koreya Xarici İşlər Nazirliyi qeyd edib ki, Ağ Evin mövqeyinin terrorizmə qarşı mübarizəyə heç bir aidiyyəti yoxdur.

Nazirlik ABŞ-ın Şimali Koreyaya qarşı provokasiyaların bütün nəticələrinə görə məsuliyyət daşıyacağını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin