“Koreya yarımadasında vəziyyəti yalnız dialoq yolu ilə həll etmək olar” - Bruno Rodriges

2017/11/460436343534_1511420631.jpg
Oxunub: 569     15:02     23 Noyabr 2017    
“Kuba Koreya yarımadasında sülh və stabilliyin olması mövqeyindən çıxış edir və əmindir ki, vəziyyəti yalnız dialoq yolu ilə həll etmək mümkündür”.

Ordu.az xarici TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges hazırda rəsmi səfərlə Kubada olan şimali koreyalı həmkarı Li Yon Ho ilə görüşü çərçivəsində bəyan edib.

“Biz zənn edirik ki, yalnız dialoq və danışıqlar yolu ilə məsələnin uzunmüddətli siyasi həllinə nail olmaq olar”, - deyə Rodriges qeyd edib.

İki ölkənin xarici işlər nazirlərinin görüşü Kuba Xarici İşlər Nazirliyinin binasında Kuba və digər ölkələrdən olan mətbuat nümayəndələrinin iştirakı ilə keçirilib.

Rodriges qeyd edib ki, Kuba ABŞ hökumətinin birtərəfli sanksiyalar təcrübəsini birmənalı şəkildə tənqid edir. O Li Yon Honun səfərinə böyük önəm verdiyini də vurğulayıb.

Şimali Koreya xarici işlər naziri isə öz nəvbəsində bildirib ki, KXDR kimi, Kuba da “imperialistlər tərəfindən edilən ciddi təsir və blokada şəraitində sosializm qurur”.

Qeyd edək ki, Havana və Pxenyan 1960-cı ildən diplomatik əlaqələrə malikdir. Ötən ilin noyabrında KXDR-də Kuba lideri Fidel Kastronun ölümünə görə üçgünlük matəm elan olunub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuba   KXDR  


Bizi "telegram"da izləyin