İŞİD-ə qarşı mübarizə davam edir – SON DƏQİQƏ

2017/11/orig-1511375802c9c7164db101f1c19bfbaa8320bff98d435345_1511420409.jpeg
Oxunub: 629     14:57     23 Noyabr 2017    
Suriya və İraq ərazisində terrorizmə qarşı mübarizə davam edir. İŞİD Deyr əz-Zorun cənubunda mövqelərini itirib, SQQ İdlibdə “Ən-Nüsra Cəbhəsi”ni məhv etmək istəyir.

Ordu.az 23 noyabr saat 10:30-a qədər Yaxın Şərqdə baş verən hadisələrin qısa icmalını təqdim edir.

Qısa olaraq qarşıdurmaların nəticələri haqqında:

Suriya Ərəb Ordusu və müttəfiq qüvvələr: Hələb və Şərqi Quyada “Həyat Təhrir Əş-Şam”ın müdafiə məntəqələrini atəşə tutublar; Rusiya kəşfiyyatının köməyi sayəsində İŞİD kamikadzelərinin “cihad-mobil”lərlə Əbu-Kamala hücumunun qarşısı alınıb; İdlib vilayətinin şərqində “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının obyektlərini ələ keçirmək üçün qüvvələr Həma vilayətinin şimalında bir araya gəlirlər.

Rusiya Aerokosmik Qüvvələri: Fərat çayının sahili boyunca Deyr əz-Zor vilayətində Salihiyyə rayonundan Dabyan qəsəbəsindəkək olan ərazilərin terrorçulardan təmizlənməsinə yardım göstəriblər.

İŞİD: Deyr əz-Zor vilayətində yerləşən Əbu-Kamal şəhəri yaxınlığında İran İnqilab Keşikçiləri Ordusunun iki komandirinin öldürülməsini bəyan edib.

“Ən-Nüsra Cəbhəsi”: Dərya şəhərində Suriya ordusu ilə atışma aparıb; iddia edilir ki, Həma vilayitinin şimal-şərqində hökumət qüvvələrinin iki tankını ələ keçirib; xristianların yaşadığı Mharde şəhəri atəşə tutulub.

Türkiyə ordusu: İdlibdə üçüncü nəzarət məntəqəsini yaradıb; PYD terrorçularının nəzarətində olan Arfini öz təhlükəsizliyi üçün əsas təhdid adlandırıb.

İraq ordusu: Əl-Anbar vilayətinin qərbində yerləşən Rəva şəhərində minalardan təmzilənmə əməliyyatı çərçivəsində üç hərbi xidmətçisini itirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Suriya   İraq  


Bizi "telegram"da izləyin