Ordu.az uawire.org saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Andrey Lusenko bildirib.
“Bu hazırlıqla bağlı bütün sualları cavablandırmaqdan imtina edirəm. Hazırlıq çox yüksək səviyyədədir. Əsgərlərimiz istənilən bir hücumu dəf etmək iqtidarındadır. Həmçinin bizim ehtiyat qüvvələrimiz də hazır vəziyyətdədirlər. Onlar Minsk müqaviləsinə əsasən hazırda ATƏT-in nəzarətində olan hərbi texnikanın saxlanıldığı ərazidəki qüvvələrdir”, - deyə Lusenko bildirib.
O, həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri silahlıların ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün gərəkli olan bütün tədbirləri görəcək.
O qeyd edib ki, Ukrayna kəşfiyyatı və Ukraynanın qərb tərəfdaşları Luqanskdakı vəziyyəti yaxından araşdırırlar. Rusiyanın bölgəyə silah-sursat toplamasıyla bağlı suala cavabında isə bu tipli faktların qeydə alındığını bildirib: “Silahlı qüvvələrin və hərbi avadanlıqların mövcudluğu qeydə alınıb. Lakin tankların ərazidə olması ilə bağlı fakt təsdiqlənməyib.”
Ağalar Ağalarlı
Ordu.az