Pentaqon rəhbəri Trampa nüvə zərbəsi endirməyə mane ola bilməyəcək

2017/11/1493319502234234_1510735613.jpg
Oxunub: 444     16:46     15 Noyabr 2017    
“Əgər ABŞ prezidenti nüvə zərbəsi endirmək istəsə, bu məsələdə Pentaqon rəhbəri ona mane ola bilməyəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların keçmiş müdafiə naziri Uilyam Perri bəyan edib.

Onun sözlərinə görə, Ağ Ev rəhbəri nüvə zərbəsi endirmək əmrini verməzdən əvvəl Pentaqon rəhbəri ilə bu mövzuda sövdələşə bilər.

“Nüvə zərbəsi barədə qərarın qəbul edildiyi 5, 6 və ya 7 dəqiqə ərzində müdafiə naziri nə baş verdiyindən xəbərdar belə olmayan bilər”, - deyə Perri qeyd edib.

Keçmiş müdafiə naziri bildirib ki, Ceyms Mettis və dövlət katibi Reks Tillerson Tramp administrasiyasında “stabilləşdirici rol” oynayırlar.

“Lakin milli təhlükəsizliyə dair vacib məsələlər üzrə yekun qərarları onlar qəbul etmirlər”, - deyə Perri fikirlərini yekunlaşdırıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nüvə   Tramp  


Bizi "telegram"da izləyin