Ordu.az qeyd edir ki, bu barədə məlumat İqtisadiyyat və Sülh Universiteti tərəfindən tərtib edilən hesabatda bildirilir.
Universitetin Londonda etdiyi “Terrorizmin qlobal indeksi” adlı hesabatında 163 ölkədə vəziyyət analiz edilib. Məlumata görə, ötən il 77 ölkədə ümumi 25 min 673 nəfər terrorun qurbanına çevrilib ki, bu da 2014-cü ilin “rekord” göstəricisindən 22%, 2015-ci ilin göstəricilərindən isə 13% faiz daha azdır.
Hesabatda, 2016-cı ildə qeydə alınan 9100 qurbandan daha çoxuna İŞİD-in səbəbkar olduğu bildirilir. Bu göstərici isə, 2015-ci illə müqayisədə 50% daha çoxdur. İŞİD terroçuları 2013-2016-cı illərdə İraq ərazisində 18 mindən çox insanı qətlə yetirib.
Terror təhlükəsi ən yüksək ölkələr isə bu şəkildə sıralanıb: İraq, Əfqanıstan, Suriya, Pakistan və Yəmən.
Siyahıda Ermənistan 75-ci, Gürcüstan isə 77-cı sıradadır. Postsovet məkanında ən tühlükəsiz ölkələr isə, Belarusiya (128) və Türkmənistanın (134) olduğu qeyd edilib.
Ulucay Akif
Ordu.az