Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hazırda hökumət ordusu müttəfiqlərin dəstəyi ilə İŞİD mövqelərini üç tərəfdən – şərqdən, cənubdan və qərbdən mühasirəyə alırlar.
İŞİD mövqelərinə artilleriya və raket zərbələri davam edir, Rusiya Aerokosmik Qüvvələri isə terrorçuların texnikalarına aviazərbələr endirirlər.
Daha öncə, “Muraselon” agentliyi SQQ-nin “Pələng qüvvələri” xüsusi təyinatlı dəstəsinin Əbu-Kamala şimal-qərbdən – Məyadin istiqamətindən daxil ola biləcəkləri barədə xəbər yayıb.
Məlumdur ki, hökumət qüvvələri Əbu-Kamala qərbdən daxil olduqdan sonra İŞİD-in güclü hücumuna məruz qalıblar.
Ağalar Qəribov
Ordu.az