“Artıq Rusiya helikopterlərinə ehtiyacımız yoxdur” – Əfqanıstanın müdafiə naziri

2017/11/4596088345345_1510298470.jpg
Oxunub: 471     15:19     10 Noyabr 2017    
“Əfqanıstana artıq Rusiya helikopterləri lazım deyil. Belə ki, əfqan ordusu artıq NATO ölkələrinin istehsalı olan helikopterlərdən istifadə etməyə başlayıb”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın müdafiə naziri səlahiyyətlərini yerinə yetirən Tarik Şah Bəhrami bildirib.

Bəhrami xatırladıb ki, vaxtilə Əfqanıstan Rusiyadan həm helikopterləri, həm də onların təmiri üçün avadanlıqları alırdı. “İndi biz NATO ölkələrinin istehsalı olan helikopterlər alırıq, artıq Rusiya helikopterlərinə ehtiyacımız yoxdur”, deyə nazir bildirib.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Əfqanıstanı Mi-17B5 helikopterləri ilə təchiz etməyə dair öhdəliyini yerinə yetirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Mi-17B5   Əfqanıstan  


Bizi "telegram"da izləyin