"Tələbə üsyanı Vigen Sarkisyanın siyasi karyerasına son qoya bilər" - Siyasi şərhçilər

2017/11/124561546456_1510131618.jpg
Oxunub: 502     17:09     08 Noyabr 2017    
Ordu.az xəbər verir ki, dünəndən etibarən İrəvan Dövlət Universitetinin tələbələri dərslərdən imtina edərək universitetin müxtəlif korpusları, Politexnik və Aqrar universitetlərinin binaları qarşısında möhlət hüququnun məhdudlaşdırılmasına qarşı etiraz aksiyaları keçirirlər.

Aksiya iştirakçıları, Ermənistanın elm və təhsil, müdafiə nazirliklərinə göndərilməsi nəzərdə tutulan tələbləri əks etdirən xüsusi məktub da tərtib ediblər. “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinə görə vətəndaşa möhlət hüququ ancaq müdafiə nazirliyi ilə müqavilə bağladığı halda verilir.

Yəni vətəndaş bağladığı müqaviləyə əsasən, orduda 2 il yox 3 il xidmət etməyə dair öhdəlik götürür. Tələbələr bildirir ki, bu qanunla onlarıelmlə məğul olmaq imkanından məhrum edilirlər.

"Ümumiyytələ, məsələ il ərzində 130-140 tələbədən gedir. Bu rəqəm ordunun say tərkibinə ciddi təsir edə bilməsə də, elm sahəsinə böyük zərbədir.- deyə tələbələr etiraz edib.

“Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvləri də möhlət hüququnun məhdudlaşdırılmasına qarşı etiraz aksiyalarını davam edəcəklərini bildiriblər. Təşəbbüskarlardan biri Davit Petrosyan, sözügedən qanunun əleyhinə olan insanların səsini çatdırmaq üçün etriaz aksiyalarına qoşulduqlıarını bildirib.

Etirazçılara görə, qanun layihəsinin müəllifləri faktiki olaraq orduda xidmət etməyən şəxslərdir. Erməni siyasi şərhçilərin fikirlərinə görə, etiraz aksiyalarının mümkün genişlənməsi və inkişafı 2018-ci il baş nazir siyahısında da adı hallanan Vigen Sarkisyanın siyasi karyerasına son qoya bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Etiraz   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin