"Ermənistan müdafiə nazirliyinin bu təşəbbüsü nəinki hakimiyyətin uzunmüddətli uğursuzluqlarını həll etməyəcək, sistematik və ədalətli həllərin tapılmaması nəticəsində yaranmış problemləri dərinləşdirəcək, səhiyyə və müdafiə sahəsində yeni korrupsiya riskləri yaradacaq və bu günə qədər davam edən, dəhşətli dərəcəyə çatmış köçləri gücləndirəcək", - deyə bəyanatda qeyd edilir.
Onlar, həmçinin hakimiyyət orqanlarını təhsil, elm, səhiyyə, müdafiə və digər sahələrdə real problemlərin aradan qaldırılması və yeni islahatların həyata keçirilməsi üçün çağırış edib.
Yuxarıdakılara əsasən, 2004-cü il tələbə hərəkatı "Elm İnkişafı naminə" təşəbbüs qrupunun üzvləri Ermənistan müdafiə nazirliyinin qəbul etdiyi qərarlara qarşı yeni tələbə hərəkatına dəstək verdiyini açıqlayıb.
Alpər Mövludoğlu
Ordu.az