Ermənistan ordusunda komandirlərin kartof - Manapoliyası

2017/11/144188542755f16cf39292d534534543_150936910323423_1510127073.jpg
Oxunub: 420     15:42     08 Noyabr 2017    
Ermənistan ordusunun hərbi hissə komandirləri və ərzaq təchizatçıları arasında qanunsuz yeyinti halları aşkarlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin kartof təchizatçıları bu il kəndlilərdən kartofun kiloqramını 65-70 drama alaraq, onu hərbi hissələrdə daha yüksək qiymətlə satıblar.

Məlumata görə, Qeğarkunik vilayətinin Norakert icmasının kartof istehsalçıları 10 gün öncə 65 drama kartof satıblar. Məsələyə etiraz edən Norakert kəndinin sakinləri qiymətin ədalətli olmasına baxmayaraq, onların bu addımı atmağa məcbur olduqlarını bildiriblər.

Kartof istehsalçılarına görə, ordunu bu istiqamətdə təmin edən şəxslər onların hesabına əla gəlir əldə edirlər. Kəndlilərdən kartof satın alan və orduya köçürən vasitəçilər 80% gəlir əldə edərək, məbləği hərbi hissə komandirləri arasında bölüşdürür və bu istiqamətdə manapoliya yaradırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Korrupsiya  


Bizi "telegram"da izləyin