Rusiya XİN: KXDR ABŞ-a yalnız 2-3 ildən sonra raket zərbəsi endirə bilər

2017/11/_97291763_dbf770b3-7deb-4089-b5eb-598b14f20ed6345345_1510125210.jpg
Oxunub: 451     15:11     08 Noyabr 2017    
“Pxenyan ABŞ-a uzaq mənzilli raket zərbəsini, yalnız 2-3 ildən sonra endirə bilər”.

Ordu.az Tass informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Blomberg” agentliyinə müsahibəsində Silahların yayılmaması və nəzarəti məsələləri üzrə idarəsinin rəhbəri Mixail Ulyanov bildirib.

İdarə rəhbəri qeyd edib ki, əgər məsələnin siyasi həlli tapılmasa, KXDR rəhbərliyinin göstərilən müddət ərzində qitələrarası ballistik raketləri əldə etməsi qaçılmazdır.

“Biz bu proqramı indi dayandırmalıyıq, sanksiyalar isə, ancaq 4-5 il müddətində keçərli olacaq”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Ulyanov həmçinin əlavə edib ki, Rusiya KXDR-i heç vaxt nüvə dövləti kimi qəbul etməyəcək və bu məsələdə Moskva ilə Vaşinqtonun mövqeyi eynidir. Ulyavon Pxenyanın Moskva və Pekinin ABŞ-la Cənubi Koreyanın hərbi təlimlərini dayandıracağı təqdirdə KXDR-in də raket proqramını dayandırması barədə təklifini qəbul etmədiyini, lakin həm də bu təklifə mənfi cavab verilmədiyini bəyan edib.

“Blomberg”qeyd edir ki, Ulyanov ABŞ prezidenti Donald Trampı İranla atom məsələsində imzalanacaq sövdələşməni şübhə altına atdığına görə tənqid edib. “Biz bu razılaşmanın baş verməməsi variantını nəzərdən keçirməliyik və belə olacağı təqdirdə böyük fəlakət baş verə bilər”, - deyə Ulyanov vurğulayıb.

Ulyanov İranın raket proqramının ABŞ üçün gələcəkdə təhlükə törətməyəcəyini bildirib. Bununla belə, Rusiyanın İranın öz raket proqramını inkişaf etdirmək hüququna sahib olması faktını qəbul etdiyini də əlavə edib.

Tehran tərəfindən yeni raketlərin yaradılması barədə isə Ulyanov deyib: “Biz sərhədlərimizin yaxınlığında yeni silahların hazırlanmasına şad ola bilmərik. Lakin İrana “cəsarət etməyin” də deyə bilmərik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin