Ordu.az erməni KİV-llərinə istinadən xəbər verir ki, Ermənistanda yeni konstitutsiya qüvvəyə mindikdən sonra 2018-ci ildə bütün sahələrdə əsaslı kadr dəyişiklikləri aparılacaq.
Bu dəyişikliklər çərçivəsində, Ermənistan ordusunun baş qərargah rəisi vəzifəsinə ən real namizəd olaraq (ləqəbi Rıjıy-sarışın) işğal altında olan Qarabağda qanunsuz hərbi birləşmənin komandiri Levon Mnatsakanyan göstərilir. Movses Hakobyanın (ləqəbi Mosi) isə, son qalmaqallardan sonra oyundan kənar qaldığı bildirilir.
Xatırladaq ki, onun son qalmaqalı Ermənistan müdafiə naziriliyinin təminatı, həmçinin öz tabeliyində olanlara qarşı üstün davranması və təhqiredici davranışları ilə bağlı olub.
O, bu hərəkərlərinə görə ictimaiyyətdən üzr istəsə də, onun keçmiş müdafiə naziri Seyran Ohanyanla yaxın münasibətləri Sarkisyan komandasını qıcıqlandırır. Məlumatlara görə, Hakopyan Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryanın "diş müalicəsi" adı ilə tanınan və indiki müdafiə nazirindən həhs edilən son yazılarına heyranlığını gizlətməyib.
Alpər Mövludoğlu
Ordu.az