SQQ Deyr əz-Zorda İŞİD-dən alınan silahları nümayiş etdirdi - VİDEO

2017/11/orig-1510094675bd3cdc9b89198d44f10ed63d064263d45345_1510120771.png
Oxunub: 462     13:58     08 Noyabr 2017    
Suriya Quru Qoşunları Deyr əz-Zorda İŞİD terrorçularından qəninmət kimi ələ keçirilən xeyli sayda silah-sursatın görüntülərini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, silah-sursatların nümayiş etdirildiyi video “Fars News” agentliyi tərəfindən ictimailəşdirilib. Video yazıda xeyli sayda atıcı silah və müxtəlif hərbi sursatlar görüntülənib.

Dünən, Deyr əz-Zor yaxınlığında yerləşən T2 nasos stansiyasından şimalda İŞİD terrorçularının Suriya ordusuna qarşı minalanmış avtomobildən istifadə etmələri ilə bağlı xəbər yayılıb.

Qeyd edək ki, Suriya ordusunun bölmələri hücumun qarşısını almağa müvəffəq olublar. Terrorçular xeyli sayda itki verərək geri çəkilib.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Suriya  


Bizi "telegram"da izləyin