DSX-nın mətbuat xidmətindən
Ordu.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 7-8 noyabr tarixlərində keçiriləcək Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın 23-cü iclasında iştirak etmək məqsədi ilə Polşa Respublikasında rəsmi səfərdə olacaq.
Xatırldaq ki, Polşanın Varşava şəhərində keçirilən Beynəlxalq Konfransda inteqrə edilmiş sərhəd idarəçiliyi vasitəsilə qlobal təhlükəsizliyin təmin olunması, dünyada təhlükəsizliyə olan yeni çağırışlar, sərhəd mühafizə qurumlarının imkanlarının gücləndirilməsi üzrə məsələlər müzakirə olunacaq.
Ordu.az