“Hərbi xidmət haqqında qanun ləğv edilsin” - İrəvanda etiraz (CANLI)
Oxunub: 437
15:04
07 Noyabr 2017
İrəvanda tələbələr etiraz aksiyasına başlayıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistanda tələbələr İrəvan Dövlət Universitetinin qarşısında toplaşaraq etiraz aksiyasına başlayıb. Hazırda, etiraz aksiyası davam edir.
Etirazçılar parlamentdə qəbul edilən "Hərbi xidmət və Hərbi xidmətin statusu haqqında" qanun layihəsinə qarşı olduqlarını deyiblər.
Xatırladaq ki, yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir.