KXDR kütləvi insan ölümlərini dezinformasiya adlandırıb

2017/11/23113708_1587247844668249_1450440937_n345345_1509452260_1509690527.png
Oxunub: 513     14:29     03 Noyabr 2017    
KXDR, yapon telekanalının Pxenyanın keçirdiyi 6-cı nüvə sınağı nəticəsində yüzlərlə insanın ölməsi barədə məlumatını təkzib edib.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, bu, “dezinformasiya” və həqiqətə uyğun olmayan xəbərdir.

“Bu hal, amerikalı və yapon irticaçıları hərbi təhdid və vəhşi sanksiyalarla KXDR-nin nüvə proqramının inkişafının qarşısını ala bilmədikləri üçün, həyəcanlı şəkildə ölkəni siyasi və mənəvi baxımdan yayındırmağa çalışdığını açıq şəkildə göstərir”, - deyə agentlik qeyd edib.

Xatırladaq ki, daha öncə yapon teleşirkəti “Asaxi-TV” “Pungeri” poliqonunda tunelin çökməsi nəticəsində, təxminən 200 nəfərin ölməsi barədə məlumat yaymışdı.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə-sınağı  


Bizi "telegram"da izləyin