Stoltenberq bufer zonada: "NATO Pxenyanın istənilən təhdidinə cavab verə bilər"

2017/11/be17caf4825d46f0841ebce36f0455a3-be17caf4825d46f0841ebce36f0455a3-f46307104b90454fb548d75197f274e9-1435345_1509625190.jpg
Oxunub: 509     20:19     02 Noyabr 2017    
NATO rəhbəri Koreya yarımadasına səfər edib.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu gün NATO rəhbəri Yens Stoltenberq Koreya yarımadasının silahsızlaşdırılmış ərazisinə səfər edib və Cənubi Koreya prezidenti Mun Çje İni əmin edib ki, KXDR-ə edilən təsir nüvə probleminin sülh yolu ilə həllinə yönəlib.

“Dialoq və təsir vasitəsilə məsələnin real tənzimlənmə yolunu tapmaq üçün səylərin göstərilməsi çox vacibdir”, - deyə Stoltenberq bildirib.

Mun Çje İn Stoltenberqdən onun silahsızlaşdırılmış bölgəyə - Şimali və Cənubi Koreyanı bir-birindən ayıran 4 kilometrlik zolağa səfəri barədə təəssüratlarını soruşub. NATO rəhbəri, orada əsgərlərin yalnız Cənubi Koreyanı deyil, həm də dünyada sülhü qorumaq üçün böyük güc sərf etdiklərinə şahidlik etdiyini və NATO adından onlara təşəkkür etdiyini bildirib.

Cənubi Koreya prezidenti, 1950-1953-cü illərdə xeyli sayda itgilərə səbəb olan müharibənin yenidən təkrarlanmalı olmadığını qeyd edib.

Xatırladaq ki, Stoltenberqin Asiya ölkələrinə səfəri başa çatır. Seula səfəri ərəfəsində o, KXDR mövzusunun aparılan danışıqların əsas istimqamətlərindən birini təşkil etdiyi Yaponiyada olub. NATO rəhbəri bəyan edib ki, Şimali Koreya öz raket-nüvə proqramı ilə Avropa ölkələri üçün ciddi təhlükədir, lakin alyans Pxenyanın istənilən təhdidinə qarşı müqavimət göstərə bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   KXDR   Stoltenberq  


Bizi "telegram"da izləyin