Erməni sakinlər, təlimlərin Azərbaycan ərazisində aparıldığını, ordumuzun yeni və daha güclü silahlardan atəş açdığını qorxu içində xatırlayıblar.
Erməni KİV-lərində yayılan məlumatlara münasibət bildirən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov
Ordu.az-a deyib ki, hazırda təlimlər müxtəlif istiqamətlərdə keçirilir.
“Bu tipli təlimlərin keçirilməsi Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də aprel döyüşlərindən sonra, bu istiqamətdə hərbi təlimlərin keçirilməsi daha da artırılmalıdır. Buna görə də, Azərbaycanın heç kimin qarşısında izahat verməyə öhdəliyi yoxdur”.
Yeni silahların tətbiqi ilə bağlı yayılan məlumatlara da münasibət bildirən Yaşar Aydəmirov, təlimlər zamanı yeni silahlardan istifadənin istisna edilmədiyini deyib: “Azərbaycanın istər özünün istehsal etdiyi, istərsə də digər dövlətdən aldığı silahlar hər zaman yüksək standartlara cavab verib. Onlar silahlanmaya qəbul edilmədən öncə, təlim sahələrində yoxlanılır və sınaq atışları həyata keçirilir. Daha sonra isə, silahların döyüşdə tətbiqini daha da mükəmməl səviyyəyə çatdırmaq üçün təlimlərdə istifadə edilir. Bu cür təlimlərdə isə, yeni silahlardan döyüş atışlarının keçirilməsi istisna edilmir”.
Leyla Behbudlu
Ordu.az