Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Küveytdə jurnalistlərə bildirib.
"Texniki qrup, xatırladığım qədərilə, bu danışıqları davam etdirmək üçün iyunun 30-da yenidən toplanacaq. Onlar müxtəlif məsələlərlə məşğul olan işçi qruplarına bölünüblər. Əgər yanılmıramsa, İsveçrəyə qayıdırlar", - o deyib.
Xatırladaq ki, iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında sülh danışıqlarının ilk raundu keçirilib. ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner başçılıq ediblər. İran tərəfindən danışıqları parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və xaric işlər naziri Abbas Əraqçi aparıb. Görüş iyunun 18-də Prezidentlər Donald Tramp və Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanmış qarşılıqlı anlaşma memorandumunun davamı olub.
Tərəflər texniki məsləhətləşmələri davam etdirmək və danışıqlar prosesinə nəzarət etmək üçün yüksək səviyyəli komitə təsis etmək barədə razılığa gəliblər.
Ordu.az