İran üzərində vurulan F-15-in pilotu: PUA-lar dəniz anası kimi hərəkət edirdi

2026/06/1782325056.jpg
Oxunub: 304     22:16     24 İyun 2026    
İran üzərində vurulan ABŞ-yə məxsus F-15E döyüş təyyarəsinin pilotu qəzadan əvvəl qeyri-adi Pilotsuz Uçuş Aparatı (PUA) sürüsü müşahidə etdiyini iddia edib.

Ordu.az “CNN International”a istinadən xəbər verir ki, pilot ifadəsində havada vahid orqanizm kimi hərəkət edən böyük İran PUA qrupunu gördüyünü bildirib.

Məlumata əsasən, pilot katapult etməzdən əvvəl çoxsaylı PUA-nın bir-birinə bağlı şəkildə fəaliyyət göstərdiyini müşahidə edib.

ABŞ kəşfiyyat qurumlarında ciddi müzakirələrə səbəb olan bu iddiaya görə, sözügedən sistem təyyarənin vurulmasında mühüm rol oynamış ola bilər.

Pilotun ifadələrindən sitat gətirən mənbələrdən biri bildirib ki, göydəki mənzərə “PUA mina sahəsi”ni xatırladırdı.

“Çox sayda PUA bir-birinə bağlanmışdı. Böyük platformaların altında ayaqları xatırladan kiçik PUA-lar asılmış vəziyyətdə idi və onların hamısı tək bədən kimi hərəkət edirdi. Bu, tamamilə qeyri-adi texnologiya idi”, - deyə pilotun hesabatında qeyd olunub.

Hadisə zamanı F-15E təyyarəsində iki nəfər (pilot və silah sistemləri zabiti) olub.

Məlumata görə, pilot hadisədən bir neçə saat sonra xilas edilib. Silah sistemləri zabiti isə İranın dağlıq ərazisində bir gündən artıq gizlənərək əsir düşməkdən yayınıb.

Əgər bu məlumatlar təsdiqlənərsə, ekspertlər hesab edirlər ki, İranın sürü şəklində fəaliyyət göstərən PUA texnologiyası ABŞ-nin gözlədiyindən daha yüksək səviyyədə inkişaf edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   F-15   PUA  


Bizi "telegram"da izləyin