Krasnodar diyarında “Mi-2” helikopteri qəzaya uğrayıb

2026/06/1782314749.jpg
Oxunub: 234     19:18     24 İyun 2026    
Rusiyanın Krasnodar diyarında kənd təsərrüfatı işləri həyata keçirən “Mi-2” helikopterinin qəzaya uğradığı bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi operativ xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Prikubanski yaşayış məntəqəsi yaxınlığında sahələrin emalı ilə məşğul olan “Mi-2” helikopteri yerə çırpılıb.

“Prikubanski yaşayış məntəqəsi ərazisində sahələrin emalı işlərini həyata keçirən “Mi-2” helikopteri qəzaya uğrayıb”, - deyə agentliyin həmsöhbəti bildirib.

İlkin məlumata əsasən, hava nəqliyyat vasitəsinin göyərtəsində bir nəfər olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krasnodar   Mi-2  


Bizi "telegram"da izləyin