Tramp: “Amerikalı mütəxəssislər İranda zənginləşdirilmiş uranla bağlı yoxlamalara qoşulacaq”

2026/06/1782210444.jpg
Oxunub: 207     19:16     24 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranda zənginləşdirilmiş uranla bağlı vəziyyəti yoxlamaq üçün müfəttişlərin göndərilməsinə tələsmir, lakin gələcəkdə amerikalı mütəxəssislər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yoxlamalarına qoşulacaqlar.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, amerikalı müfəttişlər gələcəkdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İrana göndəriləcək missiyalarında iştirak edəcəklər. Bu missiyaların məqsədi yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını axtarmaq və qiymətləndirməkdir. Tramp bildirib ki, həmin materiallar yerin dərin qatlarında yerləşir.

“Hazırda müfəttişlərin göndərilməsi məsələsində tələsməyə ehtiyac yoxdur”, - deyə Tramp teleaparıcı Trey İnqstiyə bildirib.

ABŞ Prezidenti əlavə edib ki, ehtimal olunan uran anbarının yerləşdiyi obyekt ABŞ-nin B-2 bombardmançı təyyarələrinin zərbələrindən sonra dağıntılar altında qalıb. O, “Gecəyarısı çəkici” adlandırdığı əməliyyat nəticəsində baş verənləri yeraltı materialın üzərinə dağın çökməsi kimi xarakterizə edib.

Trampın sözlərinə görə, ABŞ obyektin ciddi zərər gördüyünü hesab edir və dərinlikdə baş vermiş dağıntılar səbəbindən materiallara çıxış hazırda xeyli çətinləşib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin