Müqabil Bayramov: "Ermənistanın filiz zavodları transsərhəd su mənbələrini ciddi ekoloji riskə məruz qoyur"

2026/06/Ekran-1781869845.jpg
Oxunub: 120     15:36     19 İyun 2026    
Ermənistanın dörd əsas filiz zənginləşdirmə zavodunun sərhədə yaxın fəaliyyəti transsərhəd su ehtiyatları üçün ciddi ekoloji risk yaradır.

Ordu.az xəbər verir ki, bunu "Environmental Protection First" Koalisiyasının üzvü Müqabil Bayramov Ermənistanda "Liderlər təbiət naminə" devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına təşkilatın ünvanladığı müraciətlə bağlı keçirilən brifinqdə deyib

O qeyd edib ki, Ermənistanın əsas sənaye və filiz zənginləşdirmə müəssisələrinin bir qismi Kür və Araz çay hövzələrində, Azərbaycan sərhədinə yaxın ərazilərdə yerləşir.

O qeyd edib ki, Oxçuçayın ekoloji vəziyyəti bunun ən bariz nümunəsidir:

"Transsərhəd çayların çirklənməsinin qarşısının alınması və su ehtiyatlarının qorunması regional əməkdaşlıq çərçivəsində mühüm müzakirə mövzusu olmalıdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müqabil-Bayramov   Ermənistan  


Bizi "telegram"da izləyin