“Hörmüz boğazı cümə gününədək açılacaq” - Tramp

2026/01/1769008045.jpg
Oxunub: 194     19:27     16 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən “Böyük Yeddilik” sammitində jurnalistlərə açıqlamasında Hörmüz boğazının cümə gününədək açılacağını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Tramp həmçinin sülh sazişinin tam mətninin “rəsmi şəraitdə” ictimaiyyətə təqdim olunacağını qeyd edib.

ABŞ Prezidenti razılaşmanın ikinci mərhələsinin də sürətlə həyata keçiriləcəyini gözlədiyini bildirib.

O əlavə edib ki, anlaşma memorandumunun əsas nəticəsi İranın “heç vaxt nüvə silahına malik olmayacağı”dır. Tramp yaxın bir neçə gün ərzində bu razılaşmanı media nümayəndələri ilə də müzakirə edəcəyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hörmüz  


Bizi "telegram"da izləyin