“İranın əldə edəcəyi yeganə investisiyalar Fars körfəzi ölkələrindən olacaq” - Vens

2026/05/1779895148.jpg
Oxunub: 210     19:31     16 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib ki, İranın Anlaşma Memorandumundan əldə edəcəyi yeganə investisiyalar əsasən Fars körfəzi ölkələrindən gələcək.

Ordu.az xəbər verir ki, Vens ABŞ vəsaitlərinin İrana yönəldilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

“İlk növbədə, ABŞ pulundan bir sent belə İrana getmir. Nə 300 milyard dollar, nə 24 milyard dollar, nə də mediada haqqında danışılan hər hansı digər məbləğ”, - deyə o bildirib.

ABŞ-nin vitse-prezidenti İrana iqtisadi fayda verə biləcək ölkələr sırasında Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının adlarını sadalayıb.

Vens həmçinin bəyan edib ki, İranın nüvə proqramı tamamilə məhv edilib və ölkə müharibə səbəbindən “tamamilə dəyişib”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ   İran  


Bizi "telegram"da izləyin