Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Fontanka” nəşri Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvəərindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iyunun ortalarına qədər Kremlin tədbirin keçirilməsinə icazə verən prezident fərmanını imzalamadığı müəyyən olunub. Həmçinin Rusiya donanmalarına Sankt-Peterburqa şəxsi heyət və ya döyüş gəmiləri göndərilməsi barədə göstəriş verilməyib ki, bu da hazırlıq işlərinin aparılmadığını göstərir.
Rusiya hərbi rəhbərliyinin nümayəndələri bildiriblər ki, yuxarı instansiyalardan heç bir göstəriş daxil olmayıb. Halbuki normal şəraitdə bu dövrdə genişmiqyaslı tədbirə hazırlıq artıq aktiv mərhələdə olmalı idi.
“Bunun səbəbini başa düşmək olar, hazırda daha vacib məsələlər var”, - deyə Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi jurnalistlərə bildirib.
Donanma Günü paradı 2017-ci ildən etibarən hər il Sankt-Peterburqda keçirilirdi. Ənənəvi olaraq tədbir iki məkanda, Neva çayında və yaxınlıqdakı Kronştadt hərbi dəniz bazasında təşkil olunurdu.
Lakin son illərdə təhlükəsizlik səbəbləri və məhdud resurslar səbəbindən tədbirin miqyası azaldılıb. 2024-cü ildə Kronştadt hissəsi ləğv edilmiş, 2025-ci ildə isə parad tamamilə keçirilməmişdi.
Sevinc Əliyeva
Ordu.az