Ukrayna strateji hədəflərin məhv edilməsi üçün SEA TRIDENT ağır sualtı platformasını hazırlayıb

2026/06/1781546383.jpg
Oxunub: 204     21:57     15 İyun 2026    
Ukrayna strateji hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş SEA TRIDENT ağır sualtı platformasını hazırlayıb.

Ordu.az xəbər verir ki, platforma Parisdə keçirilən “Eurosatory” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində Ukraynanın “Global Mark” şirkəti tərəfindən təqdim olunub.

Sualtı platforma tam avtonom fəaliyyət və aşağı görünürlük tələb edən dəniz əməliyyatları üçün uyğunlaşdırılıb.

SEA TRIDENT strateji hədəflərə 1000 kq-a qədər faydalı yük çatdırmaq imkanına malikdir.

Suyun altında hərəkət etmək və aşağı görünürlük xüsusiyyətləri sayəsində platforma mübahisəli dəniz zonalarına gizli şəkildə daxil ola bilir.

Onun vəzifələrinə zərbə əməliyyatlarının icrası, logistika və yük daşınması, eləcə də digər insansız sualtı platformalarının aşkarlanması və zərərsizləşdirilməsi daxildir.

Platforma tam avtonom sistemlər və adaptiv naviqasiya ilə təchiz olunub, həmçinin uzaq məsafələrə zərbələr endirmək qabiliyyətinə malikdir. SEA TRIDENTin maksimal fəaliyyət məsafəsi 2000 dəniz milidir ki, bu da uzunmüddətli missiyaların icrasına imkan verir.

Sualtı platformanın çəkisi 10 min kq təşkil edir. Ölçüləri isə 10 000 × 2 000 × 1 500 mm-dir. Platformanın maksimal sürəti 10 düyünə (18,5 km/saat), kreyser sürəti isə 6 düyünə (11 km/saat) çatır.

Əməliyyat dərinliyi 60 metr olan platforma sahilyanı ərazilərdə effektiv fəaliyyət göstərə bilir.

Qeyd edək ki, bu, Ukraynanın ilk sualtı platforması deyil. Ötən il Ukraynanın “Toloka” sualtı platformasının yenilənmiş və ən kiçik versiyası da nümayiş etdirilmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   SEA-TRIDENT  


Bizi "telegram"da izləyin