Cozef Aun: "ABŞ və İran arasındakı razılaşma İsrail və "Hizbullah" arasındakı münaqişəyə son qoyacaq"

2025/01/1736427191.jpg
Oxunub: 142     14:47     15 İyun 2026    
Livan Prezidenti Cozef Aun Vaşinqton və Tehran arasındakı razılaşmanın İsrail və "Hizbullah" arasındakı münaqişəyə birdəfəlik son qoyacağına ümid etdiyini bildirib.

Ordu.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, Aunun bəyanatınını onun dəftərxanası yayıb.

Aun memorandumda "Livanın təhlükəsizliyinin regionda sabitliyin möhkəmləndirilməsi üzrə istənilən səylərin ayrılmaz hissəsi olduğu"nun təsdiqlənməsini yüksək qiymətləndirib.

"Livan xalqı ümid edir ki, bu razılaşmalar zorakılığa qəti son qoyacaq, həmçinin sabitlik, təhlükəsizlik, bərpa və yenidənqurma mərhələsinin başlanğıcını qoyacaq praktiki addımlara çevriləcək", - bəyanatda bildirilib.

Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   ABŞ   İran  


Bizi "telegram"da izləyin