Erməni deputatdan Paşinyana: “Əgər qeyri-legitim subyekt varsa, o da sən və siyasi komandandır”

2026/06/1781521741.jpg
Oxunub: 201     15:03     15 İyun 2026    
Ermənistanın “Hayastan” blokunun deputatı İşxan Sağatelyan Baş nazir Nikol Paşinyanı seçkilərin nəticələri ilə barışmamaqda ittiham edib.

Ordu.az xəbər verir ki, Sağatelyan bu barədə sosial şəbəkədə canlı yayım zamanı danışıb.

Onun sözlərinə görə, Paşinyan seçkilərdən sonra ortaya çıxan iki mühüm faktla barışmaq istəmir.

“Birinci fakt ondan ibarətdir ki, geniş xarici dəstəyə, inzibati resursların misli görünməmiş istifadəsinə və çoxsaylı qanun pozuntularına baxmayaraq, Paşinyan seçicilərin səslərinin 50 faizini əldə edə bilməyib.

İkinci fakt isə müxalifətin təzyiqlərə, saxtakarlıqlara, fiziki və informasiya terroruna baxmayaraq, təxminən 550 min səs toplaması olub.

Paşinyan bu reallıqla barışmaq istəmir və müxalifətin səslərinin saxtalaşdırıldığını, onun legitim olmadığını iddia edir.

Dinlə, Nikol Paşinyan, bu ölkədə əgər seçki saxtakarı varsa, o sənsən. Əgər qeyri-legitim subyekt varsa, o da sən və siyasi komandandır. İstəsən də, istəməsən də bu faktı qəbul edəcəksən”, - deyə erməni deputat vurğulayıb.

Onun sözlərinə görə, hakimiyyət yenə də məsuliyyətdən yayınmağa və bütün günahı başqalarının üzərinə atmağa çalışır.

Sağatelyan hesab edir ki, məqsəd müxalifəti qeyri-legitim göstərmək və sonrakı repressiya və qanunsuz hərəkətlərə bəraət qazandırmaqdır.

“Bu yolla heç bir nəticə əldə edə bilməyəcəksiniz. Xalqın əksəriyyəti sizin tərəfinizdə deyil və sizə səs verməyib”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sağatelyan   Paşinyan  


Bizi "telegram"da izləyin