Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, işçi səhər yeməyi formatında keçirilən müzakirələrə Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos, həmçinin üzv ölkələrin xarici işlər nazirləri və nümayəndələri qatılıblar.
Qeyd edilir ki, Aİ tərəfi Mirzoyanı Ermənistanda keçirilmiş demokratik parlament seçkiləri və “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi münasibətilə təbrik edib.
“Görüşdə Ermənistan-Aİ tərəfdaşlığının strateji gündəliyinin həyata keçirilməsi və Avropaya inteqrasiya istiqamətində siyasi iradənin vacibliyi vurğulanıb. Mirzoyan seçkiöncəsi və seçkidən sonrakı dövrdə Ermənistanda və regionda baş verən prosesləri təqdim edib.
O bildirib ki, Ermənistan vətəndaşları səsvermə yolu ilə sülh şəraitində yaşamaq, müstəqilliyi, suverenliyi, demokratik islahatların dönməzliyini, seçilmiş inkişaf yolunu və Avropa perspektivlərinə bağlılığı bir daha təsdiqləyiblər.
Nazir qeyd edib ki, seçkilərdən sonrakı ilk xarici səfərin məhz bu formatda Aİ ilə daha dərin əməkdaşlığın müzakirəsinə həsr olunması tərəflərin qarşılıqlı öhdəliyinin göstəricisidir”, - deyə məlumatda vurğulanıb.
Qeyd edilib ki, tərəflər Ermənistan-Aİ ticarət dövriyyəsinin artırılması, Ermənistanın iqtisadi və enerji dayanıqlığının gücləndirilməsi istiqamətində mümkün mexanizmlər və addımlar barədə fikir mübadiləsi aparıblar.
“Mirzoyan hibrid təhdidlərə qarşı mübarizə və iqtisadi əlaqələrin şaxələndirilməsi sahəsində Aİ və üzv dövlətlərin indiyədək göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Bu istiqamətdə həm Aİ institutları, həm də ayrı-ayrı üzv dövlətlərlə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az