Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Balkan ölkələrində fəaliyyət göstərən araşdırma şəbəkəsi BIRN məlumat yayıb.
Bildirilib ki, Şimali Koreyadan olan hakerlər Qərb şirkətlərində "frilans" iş tapmaq üçün xaricilərin kimlikləri oğurlayırlar və bundan zərərçəkənlər arasında Serbiya ilə Bosniya və Herseqovinadan olan şəxslər də var.
Onlar populyar "frilans" iş platforması olan "Guru" üzərində həmin kimliklərdən istifadə edərək ABŞ və Avropa şirkətlərində iş əldə etməyə çalışırlar.
Məlumata görə, burada məqsəd isə Şimali Koreya üçün gəlir yaratmaqdır.
Hesabatda qeyd olunur ki, bu gəlirlərin bir hissəsi ölkənin silah proqramı, daxili infrastruktur layihələri və istehlak mallarının alınmasına yönəldilir. Təkcə 2024-cü ildə Şimali Koreyanın dünya üzrə IT işçiləri vasitəsilə təxminən 350–800 milyon dollar qazandığı bildirilir.
Ordu.az