“Ynet”: İsrail hökuməti xüsusi rejimin müddətini iyunun sonunadək uzadıb

2026/06/1781521961.jpg
Oxunub: 195     15:12     15 İyun 2026    
İsrail hökuməti ölkənin arxa cəbhəsində tətbiq olunan xüsusi rejimin müddətinin iyunun sonunadək uzadılmasını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Məlumata görə, nazirlər telefon səsverməsi yolu ilə iyunun 15-dən 30-dək olan dövr üçün xüsusi rejimin uzadılmasına razılıq veriblər.

Bu rejim hakimiyyətə və orduya təhlükəsizliklə bağlı təlimatları operativ şəkildə dəyişmək imkanı verir.

Eyni zamanda İsrail İqtisadiyyat Nazirliyinə strateji əhəmiyyətli müəssisələrin fasiləsiz fəaliyyətini təmin etmək üçün əlavə səlahiyyətlər təqdim olunur.

Xatırladaq ki, bundan əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında razılaşma əldə olunduğunu təsdiqləmişdilər.

Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.

İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə görə, 60 günlük atəşkəs müddətində tərəflər Tehranın nüvə proqramını da müzakirə edəcəklər.

Bundan əlavə, iyunun 15-dən etibarən ABŞ-nin İrana qarşı dəniz blokadası dayandırılır və bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatlar dərhal və daimi əsasda dayandırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Xüsusi-rejim  


Bizi "telegram"da izləyin