Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Marta Kos Ararat Mirzoyanı parlament seçkilərində qələbə münasibətilə təbrik edib və bildirib ki, bu nəticə Ermənistan-Aİ tərəfdaşlığının daha da dərinləşdirilməsi istiqamətində müsbət siqnaldır.
“Tərəflər Ermənistan-Aİ əməkdaşlığının iqtisadi komponentinin gücləndirilməsi istiqamətində konkret mexanizmləri və yaxın dövrdə görüləcək işləri müzakirə ediblər. Mirzoyan və Kos iyulun 5-də komissarın İrəvana planlaşdırılan səfərinin gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar. Görüş zamanı regional proseslərə də toxunulub”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az