“Rusiyanın artan təzyiqini görürük və Ermənistana dəstək verməliyik” - Kallas

2025/12/1764677977.jpg
Oxunub: 172     13:30     15 İyun 2026    
“Lüksemburqda keçirilən Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında Ermənistana dəstək məsələləri də müzakirə olunacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas iclas başlamazdan əvvəl jurnalistlərə bildirib.

Kallas qeyd edib ki, iclas Ermənistanla bağlı işçi səhər yeməyi formatında keçiriləcək görüşlə başlayacaq və Ermənistanın xarici işlər naziri də müzakirələrə qatılacaq.

“Orada yaxın vaxtlarda seçkilər keçirilib və biz görürük ki, Rusiyanın onların seçdiyi yolu dəyişdirmək məqsədilə göstərdiyi təzyiq həqiqətən artır. Məhz buna görə biz onlara dəstək verməliyik ki, dayanıqlı qala bilsinlər. Elə buna görə də xarici işlər naziri ilə onların seçdiyi yolda irəliləməsinə kömək etmək üçün başqa nə edə biləcəyimizi müzakirə edirik”, - deyə Kallas bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   Ermənistan  


Bizi "telegram"da izləyin