Ralf Horlemann: "Bakı və İrəvan arasında sülh prosesi regiondakı ən mühüm hadisədir"

2026/06/Ekran-1781522496.jpg
Oxunub: 140     15:16     15 İyun 2026    
Azərbaycan və Ermənistan arasında sülh prosesi son illərdə regiondakı ən mühüm hadisəyə çevrilib.

Ordu.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann azərbaycanlı jurnalistlərə diplomatik missiyasının başa çatması ilə bağlı keçirilən görüşdə bildirib.

Horlemannın sözlərinə görə, münaqişənin nizamlanması və ardınca Bakı və İrəvan arasında sülh sazişinin hazırlanması prosesinə başlanması tərəflərin mühüm nailiyyətidir.

"Bu, həqiqətən də böyük irəliləyiş və mühüm nailiyyətdir", - səfir deyib.

O vurğulayıb ki, sülh prosesinin dəstəklənməsi onun Azərbaycandakı diplomatik missiyası dövründə əsas prioritetləri sırasında olub:

"Davamlı sülhün əldə olunması təkcə Azərbaycan və Ermənistanın deyil, bütövlükdə bütün regionun maraqlarına cavab verir, Asiya və Avropa arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət əlaqələrinin inkişafı üçün əlavə imkanlar açır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   İrəvan   Horlemann  


Bizi "telegram"da izləyin